Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib

0

  • 03.02.2023-cü il tarixdə Xocalı rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon İcra Hakimiyyətinin Akt zalında Cənab Prezidentin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın
    2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.3-cü bəndinin, yəni Dövlət qulluqçularının xidməti
    fəaliyyətinin qiymətləndirilməsinə dair illik
    hesabatların müzakirələrinin keçirilməsi
    istiqamətində rayonun idarə və müəssisə əməkdaşlarının iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilib.Görüşdə dövlət qulluqçularının
    fəaliyyətinin
    qiymətləndirilməsində
    səriştə (kompetensiya)
    modelinin tətbiq
    edilməsi məqsədilə
    normativ hüquqi bazanın
    təkmilləşdirilməsinə dair müzakirələr aparılıb və tədbir iştirakçıları təkliflərini diqqətə çatdırıblar.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib33 dəfə
    "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib

    Maraqlı gələ bilər